18:38
15 Aprel 2020

Britaniyada daha 761 nəfər koronavirusdan öldü

Böyük Britaniyada son 24 saat ərzində yeni növ koronavirusdan 761 nəfər vəfat edib.

APA-nın Britaniya mətbuatına istinadən verdiyi xəbərə görə, ölkədə indiyədək COVID-19-dan ölənlərin sayı 12 868 nəfərə yüksəlib.

Böyük Britaniyada son sutkada 4603 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da indiyədək virusa yoluxanların sayı 98 476 nəfərə çatıb.

Dİgər xəbərlər