19:42
14 Aprel 2020

Boris Consonun müşaviri də koronavirusdan sağaldı


Böyük Britaniyanın Baş Naziri Boris Consonun müşaviri koronavirusdan sağalıb.

APA-nın "Independence"ə istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirin sözçüsü bildirib. Onun sözlərinə görə, müşavir Cummings artıq ofisə qayıdıb və bu gündən öz işinə davam edir.

Xatırladaq ki, Dominic Cummings koronavirusun simptomlarını göstərdiyi üçün martın 30-dan etibarən özünü təcrid etmişdi.

Dİgər xəbərlər