1030
16:51
10 Aprel 2020

BNA-dan əhaliyə ÇAĞIRIŞ: "indki rejimi bu cür qəbul edin"

“Bakıda sərnişindaşıma prosesi karantin qaydalarına uyğun həyata keçirilir”.

Bu sözləri Lent.az -a hazırkı durumda paytaxtda marşrut avtobuslarının iş rejimindən danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Məlumdur ki, aprelin 5-dən etibarən vətəndaşlar evdən çıxmaq üçün “8103” sms nömrəsinə mesaj göndərərək istədikləri ünvana gedirlər. Bəs görək, Bakıda hazırda marşrut avtobuslarının fəaliyyəti onların vaxt itirmədən mənzil başına çatmalarına imkan verirmi?

Mais Ağayev sərnişinlərdən karantin qaydalarına uyğun olan hazırkı iş rejimini olduğu kimi qəbul etmələrini xahiş edib:

“İcra olunan sərnişindaşıma prosesi o cümlədən də avtobuslararası interval və iş qrafiki adi günlərdən fərqli olaraq məhz xüsusi karantin rejimi ilə icra olunur. Sərnişinlərimizdən də hazırkı daşımaları məhz bu cür qəbul etmələrini və davranışlarını mövcud vəziyyətə uyğun tənzimləmələrini xahiş edirik. Mövcud epidemik vəziyyətdə sosial məsafənin saxlanılmasının vacibliyini nəzərə alaraq avtobuslarda və dayanacaq məntəqələrində növbəlilik prinsipinə, sosial məsafəyə riayət edilməlidir”.