DİN-dən verilən və etibarlıq müddəti bitən sənədlərin dəyişdirilməsinin vaxtı uzadıldı
09 aprel 2020 13:36 (UTC +04:00)

DİN-dən verilən və etibarlıq müddəti bitən sənədlərin dəyişdirilməsinin vaxtı uzadıldı


Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən və etibarlıq müddəti bitmiş sənədlərin dəyişdirilməsinin vaxtı uzadılıb.

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, xüsusi karantin rejimi dövründə vətəndaşların hərəkətinin məhdudlaşdırıldığı nəzərə alınaraq etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələri, ümumvətəndaşlıq posportu, sürücülük vəsiqələri və nəqliyyat vasitələrinin idarə olunması üçün verilmiş etibarnamələr xüsusi karantin rejimi başa çatanadək etibarlı sayılacaq.

# 1278
avatar

Oxşar yazılar