COVID-19 virusuna yoluxan BMT əməkdaşlarının sayı 175-ə çatdı
09 aprel 2020 04:25 (UTC +04:00)

COVID-19 virusuna yoluxan BMT əməkdaşlarının sayı 175-ə çatdı

 

BMT-nin koronavirusa yoluxan əməkdaşlarının sayı 175-ə çatıb, iki nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı bildirib.

Dünən gecəyə olan məlumata görə, dünyada BMT işçiləri arasında təsdiqlənmiş 175 yoluxma halı var. Onlardan 32-si ABŞ-da, 19-u BMT katibliyindədir. İki ölüm faktımız da var”, - Düjarrik belə deyib.

# 962
avatar

Oxşar yazılar