Təbiətə 50 min manata yaxın ziyan vuran şəxs müəyyən edildi
08 aprel 2020 14:32 (UTC +04:00)

Təbiətə 50 min manata yaxın ziyan vuran şəxs müəyyən edildi

Xaçmazda ağac kəsən şəxs cəzalanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, rayonun Ləcət kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət  araşdırılıb. 

Araşdırma zamanı fakt təsdiqini tapıb və sözügedən ərazidə qovaq ağaclarının müvafiq icazə sənədi olmadan özünə məxsus pay torpağında  Xaçmaz rayon sakini Bəxtiyar Novruzbəyov tərəfindən kəsildiyi və təbiətə 49640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq  tədbirlərin görülməsi üçün toplanmış sənədlər Xaçmaz rayon Prokurorluğuna göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1315

Oxşar yazılar