Dünən Bakıda 26 cinayətin üstü açılıb
08 aprel 2020 10:52 (UTC +04:00)

Dünən Bakıda 26 cinayətin üstü açılıb

Bakı polisi tərəfindən ötən gün 26 cinayətin üstü açılıb.

Şəhər Baş Polis İdarəsindən Lent.az-a daxil olan məlumata əsasən, onlardan 6-si əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.

Silah və döyüş sursatı üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 3 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.

# 688
avatar

Mehman Nəbiyev

Oxşar yazılar