10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxıldı - FOTOLENT
07 aprel 2020 12:54 (UTC +04:00)

10 saylı cəzaçəkmə müəssisəsindən 16 məhkum azadlığa buraxıldı - FOTOLENT


Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsindən 65 yaşı tamam olan 16 məhkum azadlığa buraxılıb. 

APA-nın məlumatına görə, müəssisədən azadlığa buraxılan ən yaşlı məhkumun 76 yaşı var. Məhkumlara əfv sərəncamının tətbiq olunması ilə bağlı sənədi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva təqdim edib. 

Ombudsman bildirib ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla ümumilikdə yaşı 65-i keçmiş 176 məhkum əfv edilib: "Prezidentin humanist addımı nəticəsində həssas yaş qrupuna aid olan məhkumlar azadlığa buraxıldılar. Qeyd etməliyəm ki, onlardan ən yaşlısının 87 yaşı var. Yaşı çox olanların, cəza müddətinin bitməsinə az qalanların azadlığa buraxılması ilə bağlı tədbirlər davam etdiriləcək".

Qeyd edək ki, Prezident İlham Əliyev dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq aprelin 6-da əfv sərəncamı imzalayıb.

Əfs sərəncamı 176 nəfərə şamil olunub.

# 1477
avatar

Oxşar yazılar