754
12:43
07 Aprel 2020

Yer kürəsinə qoruyucu maska geyindirmiş yarasa - Yeni əsər

Azərbaycan mədəniyyət xadimləri də koronavirus epidemiyasına laqeyd qalmayıblar. Bütün bəşəriyyətin üzləşdiyi bu təhlükəyə birinci olaraq münasibət bildirənlərdən biri də Azərbaycanın Xalq rəssamı Əşrəf Heybətov olub.

Lent.az xəbər verir ki, rəssamın son əsəri dünya miqyaslı bu faciəyə həsr edilib. Müəllifin bu əsərində Yer kürəsinə qoruyucu maska geyindirmiş yarasa təsvir olunub. Əşrəf Heybətov bəşəriyyətin qarşılaşdığı bu problemi rənglərin dili ilə məhz belə metaforik bədii formada əks etdirib.

Xatırladaq ki, Almaniyada yaşayan Əşrəf Heybətov dünyada tanınmış rəssamdır, Avropanın bir çox ölkələrində, həmçinin BMT-nin, Avropa Şurasının qərargahlarında və Vatikanda onun əsərlərinin sərgiləri keçirilib.Azərtac.