ABŞ-da koronavirusdan ölənlərin sayı 11 minə çatır
07 aprel 2020 12:15 (UTC +04:00)

ABŞ-da koronavirusdan ölənlərin sayı 11 minə çatır

ABŞ-da koronavirusdan ölənlərin sayı 11 minə yaxınlaşıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə virusdan ölənlərin sayı 10 943 nəfərdir. Ümumi yoluxanların sayı isə 369 min 351 nəfərə çatıb. 

Virusdan ən çox ölüm sayı Nyu-York şəhərində qeydə alınıb. Burada 4758 nəfər ölüb, yoluxma sayı isə 131 min 916-a yüksəlib.

# 886
avatar

Mehman Nəbiyev

Oxşar yazılar