1954
11:50
06 Aprel 2020

Bankomatdan pul çəkdi, keçmiş məhkum götürüb qaçdı

Bakının Sabunçu rayonunda qadına qarşı soyğunçuluq edilib.

Lent.az -ın məlumatına görə, hadisə aprelin 4-də saat 14:15-də, Zabrat qəsəbəsinin Babək küçəsində qeydə alınıb. Naməlum şəxs 48 yaşlı Zəkiyeva Gulara Bayram qızının “Kapitalbank”ın bankomatından götürdüyü 300 manat pulunuu götürərək oradan uzaqlaşıb.

Sabunçu rayon Polis İdarəsi 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini əvvəllər Cinayət Məcəlləsiin 178 və 234-cü maddələri ilə məhkum olunmuş Əmircan qəsəbə sakini 44 yaşlı Məmmədov Salman Laım oğlunun törətdiyi məlum olub.

Hazırda S.Məmmədovun tapılması üçün tədbirlər davam etdirilir.