957
16:48
04 Aprel 2020

Rusiyada 235 uşaqda koronavirus infeksiyası aşkarlandı

Rusiyada bu günədək 235 uşaqda koronavirus infeksiyası qeydə alınıb.

Lent.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın rəsmi mənbələrindən bildirilib.

Qeyd edilib ki, onların səhhətində hər hansı bir ağırlaşma müşahidə edilmir.

Rusiyada gün ərzində orta hesabla 34-37 min insan koronavirus testindən keçirilir.

Son statistikaya görə, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4731, ölənlərin sayı 43 nəfərdir.