894
13:42
03 Aprel 2020

Məşqçi ola bilməyən 5 əfsanə - biri Azərbaycanda çalışıb

Futbolçu kimi dünya futbol tarixinə adını qızıl hərflərlə yazdırmış məşhur simaların heç də hamısı güclü məşqçi ola bilmir.

Apasport.az saytının məlumatına görə, məşqçiliyi bacarmayan əfsanəvi futbolçularla bağlı araşdırma aparılıb.

Ronald Kuman, Pep Qvardiola kimi tanınmış futbolçuların məşqçilik karyerası daha parlaq alınıbsa, onlardan da tanınmış olan bəzi futbolçuların məşqçi kimi fəaliyyətləri fiasko ilə nəticələnib. Seçilən həmin 5 mütəxəssisdən biri də özünü Azərbaycanda sınayıb. Söhbət "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsdan gedir. "Arsenal"ın simvollarından biri hesab edilən ingiltərəli "Portsmut", "Qəbələ" və "Qranada"dakı uğursuz işindən sonra bu sahənin onluq olmadığını başa düşüb.

Adamsla yanaşı, Lotar Matteus (Almaniya), Dieqo Maradona (Argentina), Klarens Zedorf (Hollandiya) və Valter Zenqa (İtaliya) da futbolçu karyerası ərzində qazandığı nüfuzu zəif məşqçiliklə kölgəyə salıb.