Məşhur aktrisa koronavirusa yoluxdu
03 aprel 2020 11:28 (UTC +04:00)

Məşhur aktrisa koronavirusa yoluxdu

Türkiyəli aktrisa Cansın çekili koronavirusa yoluxub.

Lent.az yerli KİV-ə istinadən xəbər verir ki, “Çocuk”, “Mucize doktor”, “Erkenci kuş” kimi seriallarda rol alan aktrisa Cansın Çekili koronavirusa yoluxub. Son olaraq, “Çocuk” serialında “Zeynəb” rolunu canlandıran aktrisa bu barədə özünün instaqram  hesabından etdiyi paylaşımda məlumat verib:

“20 gündür bronxit və allergiya xəstəliyindən əziyyət çəkirdim. Müayinə üçün xəstəxanaya üz tutdum və nəticələr pozitiv çıxdı. Bu günə qədər evdə karantində qalırdım. İndi artıq otağımdan çölə çıxmıram. Xəstəlik o qədər yorucu və çətindir ki, inanın kiməsə keçə bilər və ona da bir şey olar qorxusu inanılmazdır. Neçə gündür dadını hiss edə bilmədiyim üçün şokolad yemirəm. Ətirlərimi istifadə etmirəm”.

# 2212
avatar

Oxşar yazılar