İtaliyada sevgilisini öldürən kişi: "Məni koronavirusa yoluxdurdu"
02 aprel 2020 12:19 (UTC +04:00)

İtaliyada sevgilisini öldürən kişi: "Məni koronavirusa yoluxdurdu"

İtaliyanın Sicilya şəhərində koronavirusla bağlı dəhşətli cinayət baş verib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhər sakinlərindən Antonio De Pays adlı kişi feldşer özünün 27 yaşlı həkim sevgilisini öldürüb.

Buna səbəb kimi isə həkim sevgilisinin onu koronavirusa yolxdurduğunu göstərib.

Onun sevgilisini boğaraq öldürdüyü məlum olub.

Aparılan müayinələr nəticəsində nə kişidə, nə də onun ölən sevgilisində koronavirus olmadığı müəyyənləşdirilib.  

 

 

# 1108
avatar

Aygün İbrahimli

Oxşar yazılar