705
22:34
01 Aprel 2020

Fəxrəddin Qoca: “Türkiyədə koronavirus ən çox İstanbulda yayılıb”

“İnfeksiyanın Türkiyədə yayılmasına görə, birinci yerdə İstanbul gəlir, yoluxanların 8853-ü bu şəhərdədir, 60 faizə yaxındır. İkinci yerdə İzmirdir ki, 853 nəfər bu şəhərdə infeksiyaya yoluxub. Üçüncü yeri Ankara (752), dördüncü yeri Konya (510), beşinci yeri isə Kocaeli (410) tutur”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni tip koronavirusla (COVİD-19) bağlı keçirilən mətbuat konfransından sonra açıqlamasında bu fikirləri bildirib.

Nazir deyib ki, təhlükəli virus artıq dünyanın hər yerində yayılıb: “Bir nəfər virusu 30 nəfərə yayır. Koronovirusun bütün gücü yayılma fürsətindədir. Hər gün axşam ölüm tablosunu gördükcə daha çox üzülürük. Ona görə də, hərəkətliliyi dayandırmalıyıq . Dünyanın hər ölkəsi bu savaşda ayrı bir cəbhədədir. İnsanlıq ilk dəfədir ki, belə bir vəziyyətlə tanış olur. Koronavirusa qarşı dünya nəyə qadir olubsa, bunun üçün özünütəcridə borcludur. Ona görə də ünsiyyət, məsafə, özünütəcrid - bu üç şərtə çox ciddi əməl etməliyik. Hazırda bütün dünya tibb elmi bu xəstəliklə mübarizədə cəhdlərini davam etdirir”.