Bu ölkədə spirtli içki satışına məhdudiyyət qoyuldu
01 aprel 2020 15:14 (UTC +04:00)

Bu ölkədə spirtli içki satışına məhdudiyyət qoyuldu

Avstraliyada koronavirusun yayılmasından sonra spirtli içkilərə tələbat artıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə spirtli içkilərə yaranan tələb səbəbindən artan satışların qarşısını almaq üçün yeni qərar verilib.

Bununla əlaqədar ölkənin bir sıra əyalətlərində, məşhur supermarketlər tərəfindən  spirtli içki satışına məhdudiyyət qoyulub. Bir insan, sadəcə ya 48 pivə, ya 12 şüşə şərab, ya da 2 butulka distillə edilmiş spirtli içki ala biləcək.

# 1550
avatar

Mehman Nəbiyev

Oxşar yazılar