"Temu"dan gələn sifarişlər gömrükdə açılıb, zədələnir? - İDDİALARA CAVAB
09 iyun 2026 14:15 (UTC +04:00)

"Temu"dan gələn sifarişlər gömrükdə açılıb, zədələnir? - İDDİALARA CAVAB

0

Sosial şəbəkələrdə bir qrup şəxs “Temu” platformasından sifariş etdikləri məhsulların qablaşdırmalarının açılmış, zədələnmiş, yırtılmış formada gəlməsi ilə bağlı şikayətlərini paylaşıblar.

Onlar daşıyıcı şirkətlərə (karqo) məsələ ilə bağlı bildirdikdə isə, bunun onlardan qaynaqlanmadığını, bağlamaların gömrük yoxlanışı zamanı açılıb, yenidən bağlandığını söyləyiblər.

Bəs görəsən, bu iddialar nə qədər əsaslıdır? Xaricdən sifariş edilən məhsullar gömrük yoxlanışı zamanı həqiqətən də açılırmı?

Dövlət Gömrük Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, malların gömrük orqanları tərəfindən açılması ilə bağlı iddia həqiqəti əks etdirmir:

Dövlət Gömrük Komitəsi Azərbaycan və Gürcüstanın xarici ticarət dövriyyələrində yaranan fərqlərə aydınlıq gətirib

“Gömrük orqanları mal və nəqliyyat vasitələrinə xüsusi rentgen qurğuları vasitəsilə baxış keçirirlər.Baxış zamanı hər hansı təhlükəli və ya şübhəli hal aşkar edildikdə, mallar gömrük əməkdaşları tərəfindən deyil, daşıyıcı şirkətin nümayəndəsinin iştirakı ilə açılaraq yoxlanılır. Yoxlama başa çatdıqdan sonra mallar daşıyıcı şirkətin nümayəndəsi tərəfindən yığılır və vətəndaşa təhvil verilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 496

Oxşar yazılar