Asqıranda viruslar neçə metr irəli gedir? – MÜBAHİSƏ
01 aprel 2020 12:57 (UTC +04:00)

Asqıranda viruslar neçə metr irəli gedir? – MÜBAHİSƏ

Amerika Tibb Dərnəyi Jurnalı koronavirusla bağlı yeni araşdırma nəticələrini əks etdirən məqalə dərc edib.  

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məqalədə koronavirusdan qorunmaq üçün 1,5 metrlik məsafə anlayışının doğru olmadığı, öskürmə və asqırma zamanı virusun 8 metrə qədər uzağa gedə biləcəyi açıqlanıb.

Məqalədə öskürmə və asqırmanın dinamikasının illərdir araşdırıldığı və bu hərəkətlər zamanı virusun 8 metrə qədər məsafəyə getdiyi vurğulanıb.  

Araşdırmada sosial məsafə ilə bağlı 1,5 metrlik anlayışın 1930-cu illərdən qalma bir qorunma texnikası olduğu da açıqlanıb.

Ancaq dərnəyin hazırladığı bu məqaləyə ABŞ prezidenti Donald Trampın koranavirusa qarşı mübarizə komandasında yer alan Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Antoni Fauci reaksiya verib. O, araşdırmanın yanlış olduğunu, virusun bu şəkildə uzağa gedə bilməsi üçün çox güclü asqırmaq və ya öskürmək lazım olduğunu vurğulayıb.

 

# 996
avatar

Aygün İbrahimli

Oxşar yazılar