Bakıda minik avtomobili “Shacman”a çırpılıb, xəsarət alan var - FOTO
30 mart 2020 23:58 (UTC +04:00)

Bakıda minik avtomobili “Shacman”a çırpılıb, xəsarət alan var - FOTO

 

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində baş verib.

Hüseyn Məmmədov idarə etdiyi “Kia” markalı minik avtomobili yüksək sürətlə Hüseynov Zaurun idarə etdiyi “Shacman” markalı yük avtomobilinə çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü Hüseyn Məmmədov xəsarət alıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

# 901
avatar

Oxşar yazılar