3048
18:48
30 Mart 2020

Bakıda qadın paltarı geyinmiş oğru kişi kameraya düşdü - VİDEO


Bakıda qadın paltarı geyinmiş kişi oğurluq etmək istəyərkən kameralara düşüb.

APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi 4-cü Dağlıq küçəsində qeydə alınıb. Həmin ünvanda yerləşən Esmira Məmmədovaya məxsus mağazadan oğurluğa cəhd olub. Oğurluq etmək istəyən şəxs əvvəlcə mağazanın içərisinə fənərlə baxış keçirib. Daha sonra o mağazanın qapısını kustar üsulla hazırladığı xüsusi açarla açmaq istəyib. Satıcının içəridə yatdığını görən şəxs dərhal hadisə yerindən qaçıb. Bütün bunlar mağazanın təhlükəsizlik kameralarına düşüb.

Görüntülərə baxarkən məlum olub ki, kişi cinsindən olan həmin şəxs qadın geyimində olub. Onun əlində də qadın çantası olub.

Hadisə barədə polisə məlumat verilib.