"Şərə düşdüm, evdar qadınlara həsəd apardım" - Mətanət İsgəndərli 
30 mart 2020 12:41 (UTC +04:00)

"Şərə düşdüm, evdar qadınlara həsəd apardım" - Mətanət İsgəndərli 

 

Əməkdar artist Mətanət İsgəndərli "Hüseynova bacıları" verilişində qonaq olub.

Lent.az-ın məlumatına görə, ifaçı həyatda üzləşdiyi çətinliklərdən söz açıb:

"Elə asanlıqla bu sənətə gəlməmişəm. Bu sənətdə şərə də düşmüşəm. Bəzən elə şərə düşmüşəm ki, evdar qadınlara həsəd aparmışam. Müğənni olduğuma peşman olduğum anlarım olub. Mənə bu sənətdə həmkarlarım zərbə vurmayıb. Çünki mən hər zaman onlara hörmətlə yanaşmışam. Ancaq bu sənətdən kənar insanlardan ziyanlar görmüşəm. Allahıma hər zaman yalvarmışam ki, məni şərdən qorusun. Həyatda ən çox şərdən qorxuram. Allah məni şərdən qorusun ".

# 3338
avatar

Yalçın UĞUR

Oxşar yazılar