Filmlərin yayımı və nümayişi qaydalarında YENİLİK
29 mart 2020 16:38 (UTC +04:00)

Filmlərin yayımı və nümayişi qaydalarında YENİLİK

Nazirlər Kabineti “Filmlərin yayımı və nümayişi qaydaları”na dəyişiklik edib. 

APA-nın məlumatına görə, dəyişikliyə əsasən, filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının Mədəniyyət Nazirliyi tərəfindən müəyyən edilməsi qaydası ləğv edilib. 

Bununla da filmin tamaşaçı auditoriyasının yaş kateqoriyasının müəyyən edilməsində yarana biləcək mübahisəli məsələlərə Mədəniyyət Nazirliyinin təhsil, səhiyyə orqanları nümayəndələrindən ibarət yaratdığı mübahisə komissiyası tərəfindən baxılması qaydası da ləğv olunub.

# 1838
avatar

Oxşar yazılar