Ölkəsinə qayıtmaq üçün 200 min dollar ödədi
29 mart 2020 17:36 (UTC +04:00)

Ölkəsinə qayıtmaq üçün 200 min dollar ödədi

PSJ klubunun qapıçısı Keylor Navas ölkəsi Kosta-Rikaya qayıtmaq üçün xeyli pul xərcləməli olub. Lent.az-ın ESPN-ə istinadən məlumatına görə, 33 yaşlı qolkiper vətəninə uçuş üçün 200 min dollarından keçib.

Koronavirus pandemiyasının dünyanı təşvişə saldığı bir vaxtda Navas həyat yoldaşı və 3 övladı ilə birlikdə Kosta-Rikaya dönməyə qərar verib. Buna görə uçuş xərcini özü çəkməli olub. Təcrübəli çərçivə qoruyucusu ailəsi ilə birlikdə Kosta-Rikada 14 gün karantində saxlanılacaq, bundan sonra evə buraxılacaq.

Qeyd edək ki, Navas PSJ-yə 2019-cu ildə Madrid “Real”ından transfer olunub.

# 3098
avatar

Rizvan Babayev

Oxşar yazılar