“Ürəkli ol, Ürəklə əl” adlı lotereyanın ilk uduş tirajı keçirildi
29 mart 2020 13:44 (UTC +04:00)

“Ürəkli ol, Ürəklə əl” adlı lotereyanın ilk uduş tirajı keçirildi

“Final” yağlarları brendi tərəfindən keçirilən stimullaşdırıcı “Ürəkli ol, Ürəklə al” lotereyanın səkkiz uduş tirajından birincisi reallaşdı. İlk tiraj 16-26 mart tarixlərini əhatə etdi. Artıq 250 şanslı insan kondisioner, soba, paltaryuyan maşın, televizor, tozsoran, playstation 4, noutbuk, telefon və digər qiymətli hədiyyələrin sahibi oldu.

Martın 16-da başlayan “Ürəkli ol, Ürəklə al” lotereyası 16 May tarixinə qədər davam edəcək. Bu iki ay ərzində hər həftə istehlakçılar əsasən məişət texnikası və elektron mallardan ibarət 250 hədiyyədən birini qazanmaq şansı qazanacaqlar. Sonuncu tirajda rekord sayda - 270 hədiyyə oynanılacaq.

Tirajın qalibləri “Random” proqramı vasitəsilə, təsadüfi seçim nəticəsində müəyyən olunur. Beləliklə, lotereya şəffaf və açıq şəkildə aparılır, bu da öz növbəsində nəticələrin istənilən manipulyasiyasını istisna edir.

Öz şansını istənilən 18 yaşını tamamlamış Azərbaycan Respublikası vətəndaşı sınaya bilər. Bunun üçün 2 L-lik Final Qarğıdalı və Final Günəbaxan yağlarının qapaqlarından çıxan 5 simvollu şifrəni  yazıb Azercell və ya Bakcell nomrələrindən 6625-ə SMS vasitəsi ilə göndərmək kifayətdir. Beləliklə hər həftə oynanılacaq uduş tirajında iştirak haqqı qazanacaqsız.

Şifrələrin sayı nə qədər çox olsa, qazanma şansınız o qədər yüksəkdir. Bundan sonra sizə ancaq növbəti tirajı gözləmək qalır. Qalib olub olmadığınızı lotereyanın rəsmi saytında öyrənə bilərsiniz. Bundan əlavə, saytda uduşların təqdim edilməsi şərtləri haqqında məlumatı əldə edə bilərsiz.

Şifrəli qapaqları özünüzdə saxlayın.

Qaliblərin adları buradan öyrənə bilərsiniz.  http://urekliolurekleal.az/h%C9%99ft%C9%99nin-uduslari/

# 1425
avatar

Oxşar yazılar