481
14:41
28 Mart 2020

Beynəlxalq federasiya prezidenti koronavirusa yoluxdu

Kanoe Beynəlxalq Federasiyasının (ICF) prezidenti Xose Perurenada koronavirus aşkarlanıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, 74 yaşlı Perurena Madriddəki xəstəxanalardan birinə yerləşdirilib.

Perurena ICF-yə 2008-ci ildən başçılıq edir. O, 2014-cü ildən 2019-cu ilədək Ümumdünya oyunları Beynəlxalq assosiasiyasının prezidenti də olub. Perurena Beynəlxalq Olimpiya Komitəsinin fəxri üzvüdür.