Bakıda soyğunçuluq edən dəstə ələ keçdi
28 mart 2020 10:56 (UTC +04:00)

Bakıda soyğunçuluq edən dəstə ələ keçdi

Bakıda köşklərdən soyğunçuluq edən dəstə üzvləri saxlanılıb.

Lent.az-ın məlumatına görə, martın 27-də 02:45 radələrində paytaxtın Yasamal rayonu Landau küçəsində yerləşən köşkə naməlum şəxslər daxil olaraq satıcını bıçaqla hədələyib oradan bir qutu siqaret götürüblər.

Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - M. Əliyev, C. Rəhimli, E. Qəhrəmanlı və B. Nağızadə saxlanılıb.

Davam edən istintaq tədbirləri nəticəsində məlum olub ki, onlar Yasamal rayon ərazisində daha bir köşkdən satıcını bıçaqla hədələyərək soyğunçuluq ediblər.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.

# 327
avatar

Oxşar yazılar