ABŞ-ın neft ehtiyatları 455 mln. bareli ötdü
26 mart 2020 10:40 (UTC +04:00)

ABŞ-ın neft ehtiyatları 455 mln. bareli ötdü


Ötən həftənin yekunlarına görə, ABŞ-ın neft ehtiyatları 1,62 mln. barel artaraq 455,36 mln. barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 2,77 mln. barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında neftin qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

# 453
avatar

Oxşar yazılar