Dünyanın ən çox qazanan məşqçisi - Nə Qvardioladır, nə də Zidan
24 mart 2020 14:40 (UTC +04:00)

Dünyanın ən çox qazanan məşqçisi - Nə Qvardioladır, nə də Zidan

 

Dünya futbolunda ən çox qazanan 3 məşqçinin adı açıqlanıb. 

Lent.az-ın məlumatına görə, siyahını “France Football” nəşri tərtib edib.
Birinci pillədə İspaniyanın “Atletiko” klubunu çalışdıran Dieqo Simeone qərarlaşıb. Onun illik gəliri 40,5 milyon avroya bərabərdir. İtaliya təmsilçisi “İnter”in baş məşqçisi Antonio Konte ikinci (illik 30 milyon avro), “Mançester Siti”nin “sükanı arxası”nda olan Xosep Qvardiola isə üçüncüdür (illik 27,5 milyon avro).

Qeyd edək ki, Simeone “Atletiko”nu 2011-dən, Konte “İnter”i 2019-dan, Qvardiola isə “Mançester Siti”ni 2016-cı ildən çalışdırır.

# 432
avatar

Oxşar yazılar