Koronavirusun yeni ƏLAMƏTLƏRİ: aşkarlanarsa, dərhal həkimə müraciət edin!
23 mart 2020 11:12 (UTC +04:00)

Koronavirusun yeni ƏLAMƏTLƏRİ: aşkarlanarsa, dərhal həkimə müraciət edin!

Qoxu və dad hissinin itirilməsinin yeni növ koronavirusun əlamətləri arasında olduğu açıqlanıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İngiltərənin məşhur qulaq, burun-boğaz həkimi professor Nirmal Kumar verdiyi açıqlamada yüksək temperatur və öskürəklə yanaşı, bəzi koronavirus xəstələrində dad və qoxu hissinin itdiyini  də deyib.    

Həkim dad və qoxu hissini itirən insanların özlərini ətraf mühitdən izolyasiya etmələrini vacib hesab edir:

“Bəzi hallarda yüksək temperatur və öskürək olmaya bilər. Sadəcə, qoxu və dadbilmə qabiliyyəti yox ola bilər ki, bu da virusun burunda yapışıb qaldığını göstərir”.

Bu əlamətləri hiss etdikdə dərhal həkimə müraciət etməyin vacibliyi vurğulanıb.

# 5588
avatar

Aygün İbrahimli

Oxşar yazılar