14:47
19 Mart 2020

Azərbaycanda yaradılan yeni zavodda spirt istehsalı başladı

"Carçıoglu Group" Məhdud Məsuliyyətli Cəmiyyət və Rusiyanın "Tatspirtprom" dövlət şirkətinin birgə əməkdaşlığı ilə yaradılan "Rus Azeri Spirits” zavodunda tibbi spirt istehsalına başlanıb.

Azərbaycanın İqtisadiyyat Nazirliyindən Lent.az -a verilən məlumata görə, artıq istehsal olunan məhsulun ilk partiyası – 25 min litrə yaxın tibbi spirt apteklərə yola salınıb.

Qusar rayonunda yerləşən müəssisə gündə 20-25 min litr tibbi spirt istehsal etmək gücünə malikdir. İstehsal tamamilə yerli xammala əsaslanır.

Dİgər xəbərlər