
Koronavirus haqqında bilmədiklərimiz – NEÇƏ DƏRƏCƏDƏ YOX OLUR?
İqlim və ekologiyanın sürətlə dəyişməsi, eləcə də insan-heyvan qarşılıqlı əlaqələrinin artması səbəbindən gələcəkdə yeni koronavirus infeksiyalarının yayılmasının qaçılmaz olması ehtimalı yüksəkdir. Buna görə də koronaviruslara qarşı effektiv müalicə üsullarının hazırlanmasına ehtiyac vardır.
Lent.az xəbər verir ki, bu fikirlər AMEA-nın vitse-prezidenti, Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının sədri, akademik İradə Hüseynovanın “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yer alıb. Akademik məqalədə koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yollarından bəhs edib.
Məqalədə bildirilir ki, Dünya Səhiyyə Təşkilatı (DST) 1980-ci illərə qədər xüsusilə təhlükəli infeksiyaların reyestrinə 4 infeksiyanı Taun (Pestis - Plague), Vəba (Cholera), Təbii çiçək (Variola vera - Smallpox) və Sarı qızdırmanı (Yellow fever) daxil etmişdi. 1980-ci ildə DST Assambleyası vaksinasiya sayəsində Təbii çiçəyin ləğvinə nail olunduğu haqda hesabat vermişdi. Hazırda bu infeksiyalar qrupuna Hemolitik qızdırmalar (Denqe, Lassa, Marburq, Ebola, Qərbi Nil qızdırması), ağır kəskin respirator sindrom koronavirusu (SARS) da daxil olmuşdur.
Bu gün dünyada müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmaq üçün vaksinlərdən geniş istifadə edilir. Virus əleyhinə orqanizmin ilkin müdafiə xətti anadangəlmə immunitetdir. Anadangəlmə immunitet hüceyrələri patogenləri ümumi mexanizm ilə tanıyır və reaksiya göstərir, amma qazanılmış immunitetdən fərqli olaraq, sahib orqanizmə uzunmüddətli müdafiəni təmin edə bilmir.
Koronavirus pandemiyasında S-zülallardan təşkil olunmuş “tac”ın mövcudluğu açıq səthdə virusun yaşama qabiliyyətini aşağı salır. Oksigen və digər oksidləşdiricilər sərbəst təsir göstərə bildiklərindən S-zülalların denaturasiyasına gətirib çıxarır. Tədqiqatlar zamanı məlum olub ki, quru səthdə koronavirus bir neçə saatdan bir neçə günə kimi qala bilir. Bu virusun plastik və paslanmayan polad materiallar üzərində 72 saat, karton üzərində 24 saat, mis üzərində isə 4 saat müddətində qala bildiyi müəyyən edilib. Koronavirusun ətraf mühitdə +33°S temperaturda 16 saat müddətində, +56°S-də isə 10 dəqiqə ərzində məhv olduğu aşkarlanıb. Tədqiqatlar zamanı müxtəlif antiseptik maddələrin koronaviruslara təsiri fərqli nəticələr göstərib.
Gələcək tədqiqatlar koronavirusun dəyişmələrini, mutasiyalarını aşkara çıxarmağa və mümkün qədər proqnozlaşdırmağa istiqamətləndirilməlidir və vaksin hazırlanmasına xərclənən çox böyük həcmdə vəsaitin əhəmiyyətli bir hissəsi məhz bu cür araşdırmalara yönəldilməlidir.

Aygün İbrahimli
Oxşar yazılar

Bu prokurorluq işçilərinin ailə üzvlərinə pul kompensasiyası ödəniləcək
21 yanvar 2021 , 19:58
Azərbaycana üç ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı
21 yanvar 2021 , 19:10
Şuşadakı 81 illik sirr, dağılan tifaq, bəy qızının inadı - Lent.az-da ROMAN KİMİ YAZI - I HİSSƏ
21 yanvar 2021 , 17:11
KORONAVİRUS STATİSTİKASI: Azərbaycanda yoluxma azaldı
21 yanvar 2021 , 17:03
Məktəblilər üçün qış tətilinin vaxtı AÇIQLANDI
21 yanvar 2021 , 16:29
"Şagirdlərə ikinci şans veriləcək" - RƏSMİ
21 yanvar 2021 , 16:27
Füzulinin Dördçinar kəndi - VİDEO
21 yanvar 2021 , 16:21
"Süni qiymətləndirmə istəmirik" - Nazirlik rəsmisi
21 yanvar 2021 , 16:18