Bu ölkənin sərhədlərini timsahlar və ilanlar  qoruyacaq
07 aprel 2026 19:20 (UTC +04:00)

Bu ölkənin sərhədlərini timsahlar və ilanlar qoruyacaq

0

Hindistan hakimiyyəti dövlət sərhədini qorumaq üçün ilan və timsahlardan istifadə etməyi düşünür.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkənin Sərhəd təhlükəsizliyi qüvvələrinin (BSF) martın 26-da verdiyi daxili əmrə əsasən, hərbçilər Banqladeşlə çay sərhədini əlavə qoruma təmin etmək üçün yırtıcı sürünənlərdən istifadə etmək imkanlarını araşdırmaq qərarına gəliblər. Daşqınlar və çətin relyef sərhədin bu hissələri boyunca hasarların çəkilməsini çətinləşdirir.

Sərhəd gözətçilərinə çaylar boyunca həssas ərazilərdə zəhərli ilan və timsahların yerləşdirilməsinin əməliyyat imkanlarını nəzərdən keçirmək əmri verilib. Təşəbbüsün daxili işlər naziri Amit Şahdan gəldiyini aydınlaşdırılıb.

Direktiv artıq Banqladeş istiqamətindəki bütün sahə bölmələrinə paylanıb. Sənədə əsasən, təhlükəli sürünənlər də daxil olmaqla təbii maneələr qanunsuz miqrasiya və qaçaqmalçılıq kanallarını bloklaya biləcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar