ULTEL səhiyyə işçilərinə və yaşı 60-dan artıq  olan şəxslərə, TV xidmətinə qoşulduqda ilk 6 ay pulsuz xidmət göstərməyə qərar vermişdi
19 mart 2020 09:11 (UTC +04:00)

ULTEL səhiyyə işçilərinə və yaşı 60-dan artıq olan şəxslərə, TV xidmətinə qoşulduqda ilk 6 ay pulsuz xidmət göstərməyə qərar vermişdi

Aparıcı telekommunikasiya operatorlarından olan ULTEL, koronavirus epidemiyası şəraitində ən çox əziyyət çəkən səhiyyə işçilərinə və yaşı 60-dan artıq  olan şəxslərə, TV xidmətinə qoşulduqda ilk 6 ay pulsuz xidmət göstərməyə qərar vermişdi. Bununla ULTEL yaranmış şəraitdə ən həssas kategoriyadan olan insanlara öz töhfəsini verir.

ULTEL, Bakı şəhərinin müxtəlif ərazilərində telefon, internet, kabel tv, ip-tv və sair rabitə xidmətləri göstərir. ULTEL-in əsas hədəfi  –  insanların keyfiyyətli rabitəyə olan tələbatını daha çevik və əlçatan etməkdir. ULTEL-də hesab edirlər ki, keyfiyyətli rabitə xidmətləri hər kəs üçün əlçatan olmalıdır. Günü-gündən yenilənən şirkət ən son və müasir texnologiyalar tətbiq etməklə, abunəçilərinə yeni xidmətlər təklif edir. Özünə məxsus olan optik şəbəkə üzərindən yaşayış və qeyri-yaşayış binalarına, o cümlədən Bakı şəhərinin ən böyük iş mərkəzlərinə optik ortam üzərindən xidmət göstərir.

Bu gün ULTEL, Bakı şəhərinin hər yerində arzu olunan rabitə operatorudur. İstər yaşayış, istərsə də qeyri-yaşayış sektoruna xidmət göstərməkdə böyük səriştəsi olan ULTEL kollektivi xidmətlərin daha da təkmilləşdirilməsini özunə əsas hədəf olaraq seçmişdir. Bununla belə ULTEL, göstərdiyi xidmtlərin keyfiyyəti haqqında daim abunəçilərin rəyini izləyir, onların arzuları və tövsiyələrini nəzərə alaraq öz işində müəyyən yeniliklər tətbiq edir.  

# 1246
avatar

Oxşar yazılar