Koronavirus nəticəsində sahibkarlara dəyən ziyan araşdırılacaq - RƏSMİ
17 mart 2020 18:38 (UTC +04:00)

Koronavirus nəticəsində sahibkarlara dəyən ziyan araşdırılacaq - RƏSMİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, 1 həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün, dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1435
avatar

Aygün İbrahimli

Oxşar yazılar