Gülüstan Əliyeva gəlini barədə NƏLƏR DEDİ? - VİDEO
17 mart 2020 11:33 (UTC +04:00)

Gülüstan Əliyeva gəlini barədə NƏLƏR DEDİ? - VİDEO

 

Əməkdar artist Gülüstan Əliyeva "Ona qalsa" verilişində gəlinindən danışıb.

Lent.az-ın məlumatına görə, müğənni bildirib ki, illərlə rəfiqəsi olan xanımın qızını oğluna alıb:

"Mənim kimi səbirsiz, hər şeyə əsəbiləşən biri özündə səbr gördü. Nə qədər səbrli, hər şeyi altdan alan biriymişəm. Ətrafımdakılar da təəccüblənir ki, bu, sənsən? Düşünürəm ki, bütün qayınanalar belədir. Ailəni davam etdirmək, başqa bir ailənin uşağını gətirib öz evində saxlamaq, yeni həyat bəxş etmək çətin və məsuliyyətlidir. Bu, qayınanalardan böyük bir cəngavərlik tələb edir. Bir evdə yaşamırıq, amma günümüz bir yerdə keçir. Bir övladım var. Nə qədər vaxtım qalırsa, onlara sərf etmək istəyirəm. Yaxşı qayınanayam.

Ən ideal tərbiyə də fərqlidir. Hər ailənin öz tərbiyə forması var. Gəlin gələndə sənin ailənin tərbiyəsini götürməlidir. Bunun üçün də illər və səbr tələb olunur.

Allah hamıya ağıllı gəlin, kürəkən qismət etsin. Gəlinin yaxşı olması şansdır. Uzun illər rəfiqəlik etdiyim xanımın, sinif yoldaşımın qızını almışam oğluma. Amma gördüm ki, rəfiqəm başqa, qızı başqa xasiyyətdə imiş. Səbrli olmaq lazımdır ki, bu çətinlikləri aşasan".  

 

# 35902
avatar

Yalçın UĞUR

Oxşar yazılar