Məktəbli koronavirusdan necə pul qazanmağın yolunu tapdı - FOTO
15 mart 2020 15:28 (UTC +04:00)

Məktəbli koronavirusdan necə pul qazanmağın yolunu tapdı - FOTO

Britaniyanın Lids şəhərinin Cenni Tompkins adlı sakini “Facebook”da məktəbli oğlunun özəlliyi haqqında yazıb və o, tezliklə bütün dünyada məşhurlaşıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, anasının sözlərinə görə, məktəbdə kiçik bizneslə məşğul olması səbəbindən müəllimlər oğlunu evə göndəriblər.

Koronavirusun yayılması səbəbindən məktəbli sinif yoldaşlarına özlərinin təhlükəsizliyini təmin etməyi təklif edib və 50 pensə onlara əlləri üçün antiseptik satıb.

Ananın sözlərinə görə, bu ideya müəllimlərin xoşuna gəlməyib və onlar məktəblini cəzalandırmaq qərarı veriblər. Lakin təhsil müəssisəsinin nümayəndələri bu faktı təksiz edir, oğlanı başqa səbəbdən cəzalandırdıqlarını deyirlər.

Yeri gəlmişkən, Cenni oğlunun antiseptikdən 9 funt (11 dollardan bir qədər çox) pul qazandığını da dəqiqləşdirib. Oğlan əldə etdiyi pula bir neçə paket çipsi alıb, qalanını kababa xərcləyib.

# 41894
avatar

Oxşar yazılar