Tramp koronavirus testindən keçdi
14 mart 2020 22:07 (UTC +04:00)

Tramp koronavirus testindən keçdi

 

 

ABŞ Prezidenti Donald Tramp koronavirus testindən keçdiyini bildirib. Qeyd edib ki, hələ testin nəticəsi məlum deyil.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Prezident hərarətinin olub-olmaması ilə bağlı verilən suala belə cavab verib: "Səhhətim tamamilə normaldır".

Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub.

 

# 3853
avatar

Oxşar yazılar