2106
19:04
13 Mart 2020

Koronavirusla bağlı yeni bir xəstəlik yarandı - KORONAFOBİYA

Koronavirusla bağlı yeni yaranan xəstəlik psixoloji və sosial problemlər yaradacaq.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə həkim, psixiatr Nevzat Tarhan danışıb. O, bildirib ki, koronavirusla bağlı yayılan şayiələr insanların gündəlik həyatına mənfi təsir göstərir:

“Hazırda koronavirusla bağlı yeni bir xəstəlik ortaya çıxdı deyə bilərik. Adına koronafobiya deyilir. Mütləq psixoloji və sosial problemlərə səbəb olacaq. Eyni zamanda, psixiatriyada mizofobiya deyilən bir anlayış da var ki, bu da mikrob qorxusudur. Koronavirusdan qorunmaq üçün əksər insanlarda bu qorxu getdikcə dərinləşir. Həmin adamlar gələcəkdə evdən çölə də çıxa bilməyəcəklər. Ailəsi, dostları ilə təmasda ola bilməyəcək, hətta ayaqyolu və hamama da getməyə qorxacaqlar. Evdə əllərinə corab keçirib dolaşacaqlar. Bu xəstəlik koronavirus kimi öldürmür, amma psixi pozğunluğa səbəb olması qaçılmazdır”.