İtkin düşən 7 nəfər ailəsinə təhvil verildi
11 mart 2020 10:27 (UTC +04:00)

İtkin düşən 7 nəfər ailəsinə təhvil verildi

Bakı polisi martın 10-da 24 cinayətin üstünü açıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 3-ü əvvəlki dövrlərdən bağlı qalan cinayətlər olub.

Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 40 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1188

Oxşar yazılar