Ağstafada ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, rayon ərazisində ümumi sahəsi 400 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin tavanı və dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.