1010
12:28
08 Mart 2020

“Uber”-dən koronavirusa yoluxanlara jest

ABŞ-ın dünyanın müxtəlif ölkələrində taksi fəaliyyəti ilə məşğul olan “Uber” şirkəti takstlərdə yeni tip koronavirusa (Covid-19) yoluxanlara kompensasiya ödəyəcək.

Lent.az -ın məlumatına görə, bunu şirkətin Birinci Vitse-prezidenti Endryu Makdonalda bildirib.

Koronavirusa yoluxan sürücü və sərnişinlər 14 gün ərzində kompensasiya ala bilərlər.

Xatırladaq ki, mərkəzi ofisi San-Fransiskoda yerləşən “Uber” 2009-CU İLDƏ YARADILIB. Hazırda şirkət dünyanın 100-dən çox şəhərində taksi xidməti təklif edir. “Uber” hər çağırış üçün taksilərdən 20 faiz komissiya alır.

CNN