437
10:40
07 Mart 2020

Jestlərin dilini danışığa çevirən “ağıllı” əlcək hazırlandı

Dünyada eşitmə və danışma qüsurlu insanlar üçün 300-dək jest dili mövcuddur ki, bu da jestlərin dilini bilməyənlərlə ünsiyyət qurarkən çətinliklər yaradır. "Dil baryerini" aradan qaldırmaq üçün keniyalı 25 yaşlı ixtiraçı həmsöhbətin jestlərini adi danışıq dilinə çevirən qurğu hazırlayıb.

Lent.az “ictnews”a istinadən xəbər verir ki, Oksford Universitetinin müəllimi və tədqiqatçı Roy Allela jestlərin dilini danışığa çevirən “Sign-IO” adlı “ağıllı” əlcək təqdim edib. Hər bir barmağa qurulmuş datçiklərlə təchiz edilmiş yeni qurğu yalnız hərəkəti deyil, həm də əyrilik dərəcəsini müəyyənləşdirir. Qurğu “Bluetooth” texnologiyası üzrə “Android” proqramla sinxronlaşdırılır. Tərcümə real vaxt rejimində həyata keçirilir.

İxtiraçının məlumatına görə, hazırda proqram bütün mövcud "danışıq" jestlərinin 93%-ni tanıyır. Bundan başqa, “ağıllı” əlcəklər istənilən dizaynda istehsal edilə bilər. Gözləntilərə görə, 2024-cü ilədək sözügedən cihazın satışından əldə olunan gəlir təxminən 30 milyard dollar təşkil edəcək.