17:12
02 Mart 2020

“Bavariya” onunla bağlı qərar verdi

İspaniyalı futbolçu Xavi Martines mövsümün sonunda “Bavariya”dan ayrılacaq.

Lent.az -ın məlumatına görə, Münhen klubu 31 yaşlı yarımmüdafiəçi ilə bağlı qərarını verib.

Almanlar klubla müqaviləsinin müddəti 2021-ci ilin yayında bitəcək Martineslə yeni sözləşmə imzalamaq fikrində deyillər. Əvəzində başqa komandaya keçidindən pul qazanmaq üçün Xavini bu yay satmağı planlaşdırırlar.

Qeyd edək ki, Xavi Martines 2012-ci ildən “Bavariya”nın formasını geyinir. O, Almaniya çempionunun heyətində ümumilikdə 231 oyun keçirib və 13 qola imza atıb.

Dİgər xəbərlər