İbrahimoviç “Milan”da qalmağa razıdır, amma...
27 fevral 2020 16:03 (UTC +04:00)

İbrahimoviç “Milan”da qalmağa razıdır, amma...

 

“Milan” rəhbərliyi komandanın hücumçusu Zlatan İbrahimoviçə yeni müqavilə təklif edib.

Lent.az-ın məlumatına görə, isveçli futbolçu karyerasını “rossonyerlər”də davam etdirməyin əleyhinə deyil.

İbrahimoviç sözləşməsinin müddətini uzatmağa razı olduğunu bildirib. Eyni zamanda Zlatan “Milan” rəhbərliyi qarşısında şərt irəli sürüb. “İbrakadabra” istəyir ki, yayda heyət gücləndirilsin və komanda daha ciddi hədəflər uğrunda mübarizə aparsın.

Qeyd edək ki, Z.İbrahimoviç 2010-2012-ci illərdə də “Milan”ın formasını geyinib.

# 1415
avatar

Rizvan Babayev

Oxşar yazılar