312
10:36
27 Fevral 2020

Oğurluq etdiyinə görə axtarışda olan şəxs tutulub

Bakıda köşkdən oğurluq edilib.

Lent.az -ın məlumatına görə, fevralın 21-də Şəmsi Bədəlbəyli küçəsində T. Məhərrəmova aid köşkün soyuducusundan 200 manatlıq içki oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən və Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan N. Əliyev tutulub.

Faktla araşdırma aparılır.