“Futbolçularım sekslə çox məşğul olduqlarından yaxşı oynamırlar”
27 fevral 2020 09:42 (UTC +04:00)

“Futbolçularım sekslə çox məşğul olduqlarından yaxşı oynamırlar”

Rumıniyanın “Styaua” klubunun sahibi Cici Bekali komandasının uğursuz çıxışının səbəbini tapıb.

Apasport.az saytının məlumatına görə, karyerası boyu qalmaqalları ilə məşhurlaşan rumıniyalı qeyri-adi ittihamları ilə diqqət mərkəzinə düşüb.

O, son üç matçda qalib gələ bilməyən komandanın uğursuzluğunu futbolçuların çox aktiv seks həyatı sürməsi ilə izah edib: “Mənim oyunçularım öz rəfiqələri ilə sevgiylə həddən artıq çox məşğul olur. Buna görə də onlar son vaxtlar o qədər yaxşı oynamır. ÇFR-in məşqçisi Dan Petreskuya baxın. Onun oyunçuları həftədə bir dəfə sekslə məşğul olur. Çünki qadınlarla bir dəfə görüşürləe. Əgər komandamızın hücumçusu Florinel Koman oyundan öncə istirahət etsəydi... Amma o, başqa işlərlə məşğul idi”.

Qeyd edək ki, son illərdə rəsmi olaraq FKSB adı altında mübarizə aparan, lakin hələ də “Styaua” kimi tanınan Buxarest təmsilçisi ölkə çempionatında 5-ci pillədə qərarlaşıb.

# 1618
avatar

Oxşar yazılar