Gürcüstan İranla bütün gediş-gəlişi dayandırıb
26 fevral 2020 23:42 (UTC +04:00)

Gürcüstan İranla bütün gediş-gəlişi dayandırıb

 

Gürcüstan İrana birbaşa uçuşların dayandırılmasından sonra quru yolu ilə hərəkəti də müvəqqəti dayandırıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş Nazirinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, qərar Baş Nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə yaradılan fövqəladə koordinasiya qrupunun iclasında qəbul edilib.

# 1061
avatar

Oxşar yazılar