İnfeksiyanı gizlətmək olmaz - RƏSMİ
25 fevral 2020 17:03 (UTC +04:00)

İnfeksiyanı gizlətmək olmaz - RƏSMİ

“İnfeksiya elə bir şeydir ki, bunu gizlətmək olmaz. Çin gizlədə bilmədi, İran gizlədə bilmədi, heç bir dövlət bunu gizlədə bilməz, heç buna marağı da yoxdur. Əksinə şübhəli hal olsa, onu da paylaşmalıyıq ki, əhali ehtiyatlı olsun”

APA-nın xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva APA TV-yə müsahibəsində koronavirusla əlaqədar sosial şəbəkələrdə yayılan səs yazılarına münasibət bildirərkən deyib.

O bildirib ki, bunlar rəsmi qurumun verdiyi məlumat deyil, təxribat xarakterli səs yazılarıdır: “Xəstəxana rəhbərliyi də açıqlama verdi ki, bunlar həqiqətə uyğun olmayan  informasiyadır. Hazırda ölkədə koronavirus yoxdur. Koronavirusla mübarizə apara biləcək gücümüz var”.

 

 

# 1506
avatar

Oxşar yazılar