Sosial şəbəkələrdə səs yayanlarla bağlı tədbirlər görüləcək - DİN
24 fevral 2020 12:04 (UTC +04:00)

Sosial şəbəkələrdə səs yayanlarla bağlı tədbirlər görüləcək - DİN

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxmuş insanların Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayan şəxsin kimliyi hələ ki, araşdırılır.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov Lent.az-a bildirib ki, səsi yayanların kimliyinin araşdırılması ilə bağlı tədbirlər davam etdirilir, nəticə olanda ictimaiyyətə məlumat veriləcək: “Bu məsələ ilə bağlı bütün dövlət qurumları tərəfindən tədbirlər aparılır. Əhali arasında çaşqınlıq yaradan, vahimə yaratmaq istəyənlərlə bağlı lazımi tədbirlər aparılır. Səsi yayanların kimliyini tapmaq mümkündür və bununla bağlı işlər aparılır. Əhalinin narahatlığına heç bir əsas yoxdur”.

E.Zahidov səsi yayan şəxsin tapılması və ona xəbərdarlıq edilməsi ilə bağlı mətbuatda xəbərlərin getməsinə də münasibət bildirib: “Bizim tərəfimizdən səsi yayanın saxlanılması halı olmayıb. Bəlkə başqa qurumlar tərəfindən müəyyən olunub”.

 

# 2860
avatar

Aygün İbrahimli

Oxşar yazılar